On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın "Klermon" klubu ilə anlaşıb.

Qapıçı yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar müqaviləsidir.

Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi.

Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.